Ramiz Zeynalovu o əvəzləyəcək: DYP rəisi vəzifədən alınır
Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalov əvəzlənir.
Bu barədə AFN-ə məlumat verən mənbənin sözlərinə görə, Azərbaycanda ən uzunömürlü məmurlardan olan Ramiz Zeynalovla bağlı qərar verilmək ərəfəsindədir.
Polis general-mayoru Ramiz Zeynalovu bu vəzifədə əvəzləyəcək adamın adı da mənbəmizə məlumdur. Belə ki, R.Zeynalovun yerinə Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Qeydiyyat-İmtahan İdarəsinin rəisi, polis polkovniki Kamran Əliyevin təyinat alacağı bildirilir: "O sistemdə Kamran Əliyev qədər savadlı və məlumatlı mütəxəssis yoxdur. Yaxın vaxtlarda əvvəlcə onun rütbəsi qaldırılacaq, sonra isə təyinatı reallaşacaq".
Xatırladaq ki, 71 yaşlı Ramiz Zeynalov 28 ildir ki, Baş Dövlət Yol Polisi İdarəsinə rəhbərlik edir.