Elxan Məmmədov AFFA-dan getdi - Yeni baş katib Sərxan Hacıyev oldu


Bu gün AFFA İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib.


Apasport.az saytının məlumatına görə, müzakirələrdən sonra bəzi qərarlar qəbul olunub.

Qurumun 2020-ci il yanvarın 28-də təşkil olunan Konfransında Nizamnaməyə uyğun olaraq həyata keçirilmiş struktur dəyişikliyi, AVRO-2020-nin və AVRO-2020 ilə bağlı hesabat işlərinin başa çatması, həmçinin müvafiq hüquqi prosedurlar nəzərə alınaraq, AFFA-nın baş katibi vəzifəsi bu günə qədər baş katibin müavini vəzifəsində çalışan Sərxan Hacıyevə həvalə olunub.

O, bu postda icraçı vitse-prezident Elxan Məmmədovu əvəz edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu