Zaur Yusifovu öldürən şəxslə bağlı qərar verildi


Bakıda marketdə dünya çempionu Zaur Yusifovu öldürən şəxslə bağlı qərar verilib.


Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, qətli törətməkdə şübhəli bilinən Samir Şirəliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

2000-ci il təvəllüdlü S.Şirəliyev xalası oğlu “Emin 444” ləqəbli Emin Səfərovun öldürülməsində şübhələndiyi Zaur Yusifovu qisas məqsədilə odlu silahdan atəş açaraq öldürüb.

Qeyd edək ki, “Emin 444” kriminal avtoritet kimi tanınıb.

İstintaq tədbirləri davam etdirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu