Əksər ölkələr üçün milli valyutaları qorumaq heç də asan olmayacaq - Vüqar Bayramov


ABŞ Federal Ehtiyat Sisteminin (FED) baza faiz dərəcəsini 25 baza bəndi artıraraq illik 0,25-0,5%-ə çatdırmasından sonra digər aparıcı ölkələrdə də uçot stavkası dəyişdirilməkdir.


AFN xəbər verir ki, bu barədə iqtisadçı ekspert, Millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb. O, qeyd edib ki, FED-in əvvəlki faiz artımı 2018-ci ilin dekabrında olub və o vaxtdan bəri baza faiz dərəcəsi yalnız azalıb. ABŞ-dakı qərardan sonra İngiltərə Bankı da uçot dərəcəsinin 0.5 faizdən 0.75 faizədək artırıb. Rusiya-Ukrayna müharibəsi səbəbindən Böyük Britaniyada inflyasiya səviyyəsinin yayadək 8 faizədək yüksələcəyi gözlənilir.
Avropa Mərkəzi Bankı uçot stavkasının artırılmasına tələsməsə də belə avrozonada aylıq inflyasiya səviyyəsi ötən ay 5.9 fazədək yüksəlib. Bununla belə, ekspertlər avrozonada da uçot dərəcəsinin tezliklə dəyişdiriləcəyini istisna etmirlər.
Bu arada FED-in son qərarı dolların məzənnəsinin əksər səbət valyutalarına nisbətən yüksəldib. Rusiya-Ukrayna müharibəsi region ölkələrinin valyutalarına da təsirsiz ötüşməyib.
Görünən odur ki, 2022-ci il əksər ölkələr üçün inflyasiyanı tənzimləmək və milli valyutaları qorumaq baxımdan heç də asan olmayacaq. Rusiya-Ukrayna müharibəsi hələ çox dəngələri dəyişəcək.
Azərbaycan Mərkəzi Bankı ötən ilin avqust ayından etibarən uçot dərəcəsinin mərhələli artımını həyata keçirir. Sözügedən müddətdə uçot stavkası 6.5 faizdən 7.5 faizdək yüksəlib. Sonuncu dəfə dərəcə artımı bu il yanvarın 28-də qeydə alınıb.
Bununla belə, Azərbaycan Mərkəzi Bankı Ukraynada müharibə başladıqdan sonra uçot dərəcəsini dəyişdirilməsi barədə qərar verməyib. Rublun kəskin ucuzlaşması, region ölkələrinin valyuta bazarında müşahidə edilən dalğalanmalar və eləcə də qlobal inflyasiya səviyyəsinin kəskin artdığı bir dövrdə Mərkəzi Bank tərəfindən də preventiv addımların gücləndirilməsi və xüsusən uçot dərəcəsi kimi alətlərdən daha intensiv istifadə edilməsi məqsədəuyğundur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu