Azərbaycana daxil olan humanitar yüklərin qəbul edilməsi ilə bağlı qaydalar hazırlanacaq


Azərbaycan ərazisinə daxil olan humanitar yüklərin qəbul edilməsi, uçotunun aparılması, təyinat yerinə çatdırılması, saxlanılması, mühafizəsi və bölgüsü Qaydaları hazırlanacaq.


Bu, Prezident İlham Əliyevin imzaladığı “Beynəlxalq Humanitar Yardım üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Fərmanda öz əksini tapıb.

Qeyd olunub ki, Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə daxil olan humanitar yüklərin qəbul edilməsi, uçotunun aparılması, təyinat yerinə çatdırılması, saxlanılması, mühafizəsi və bölgüsü Qaydaları”nı dörd ay müddətində təsdiq etməli və bu barədə Azərbaycan Prezidentinə məlumat verməlidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu