Azərbaycanın geo-siyasi mövqeyi daha da güclənir - Vüqar Bayramov


Rusiya Ukrayna müharibəsi başladıqdan sonra artıq üçüncü dəfədir ki, Ukrayna Prezidenti humanitar dəstəyinə görə Azərbaycana təşəkkür edir.


AFN.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb. O qeyd edib ki, dünən Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib:

"Telefon danışığı əsnasında Prezident Volodimir Zelenski tibbi ləvazimatlar daxil olmaqla, Ukraynaya göstərilən humanitar yardıma görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
Ukrayna Prezidenti öz twitter hesabında da paylaşım edərək humanitar dəstəyə görə Azərbaycan dövlət başçısına öz təşəkkürünü bildirib. Azərbaycan regionda yeganə ölkələrdəndir ki, savaş başladıqdan bəri Ukrayna Prezidenti 3 dəfə öz sosial media hesabında paylaşım edərək təşəkkürünü bildirib. Bu Azərbaycanın çoxsahəli, müstəqil xarici siyasətinin nəticəsi kimi xarakterizə olunur.
Volodimir Zelenski həmçinin Azərbaycana əkin üçün yanacaqla təmin etməyə hazır olduğuna görə təşəkkür edib. Ukrayna regionda ərzaq təminatı baxımdan vacib ölkələrdən hesab olunur. Savaş dünya bazarında ərzaq məhsullarının qiymətinin növündən asılı olaraq 8-22 faiz artırıb. Avropada infilyasiya səviyyəsi son 30 ildə ən yüksək səviyyədədir. Təbii ki, bu Azərbaycan daxil olmaqla region ölkələri üçün də idxal infilyasiyası qaçılmazdır. Bu baxımdan, Azərbaycanın Ukraynada əkin üçün yanacaq təminatı həyata keçirməyə hazır olması həmçinin ərzaq istehsalı baxımdan da vacibdir. Ukraynada əkinin bərpa edilməsi və aparılması sözügedən ölkənin yenidən region bazarına öz məhsullarını çıxarmasına imkan yarada bilər.
Bütövlükdə, yeni düzən fonunda regionun geo-siyasi və geo-iqtisadi xəritəsində dəyişikliklər olur. Bu isə Azərbaycanın geo-siyasi mövqeyinin daha da güclənməsi ilə müşahidə edilməkdədir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu