Keçmiş bələdiyyə sədri zəhərlənmədən ölüb
Qaxda keçmiş bələdiyyə sədri zəhərlənmədən ölüb.
Qax rayonunun Qum kənd sakini, 44 yaşlı Fərid Həşimov ötən gün zəhərlənmə əlamətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Həkimlər xəstəni müayinə edib və vəziyyətini nəzərə alaraq onu, Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriblər. Bu gün isə Fərid Həşimov aparıldıgı xəstəxadada həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib. İlkin məlumata görə, onun dərmandan zəhərləndiyi bildirilir.
Qeyd edək ki, Fərid Həşimov uzun müddət Qax rayonunun Qum kənd bələdiyyəsinin sədri vəzifəsində calışıb.
Faktla bağlı araşdırma aparılır.