Azərbaycanın hər iki voleybol yığması Avropa Liqasında iştirak etməyəcək


Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasına qatılmayacaq.


"Report" Avropa Voleybol Konfederasiyasının (CEV) rəsmi saytına istinadən xəbər verir ki, yığmanın adı yarışın iştirakçıları siyahısından çıxarılıb.

Millini C qrupunda Bolqarıstan komandası əvəzləyib. Qrupda həmçinin Macarıstan, Ukrayna və Rumıniya seçmələri də yer alıb.

Azərbaycan Voleybol Federasiyasının Mətbuat Xidmətindən "Report"a CEV-in turnirin sistemində dəyişiklik etdiyi bildirilib: "Federasiya olaraq bunun səbəbini yaxın günlərdə ictimaiyyətə açıqlayacağıq".

Qeyd edək ki, daha əvvəl kişi voleybolçulardan ibarət Azərbaycan millisinin bu il keçiriləcək Gümüş Avropa Liqasında iştirak etməyəcəyi bəlli olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu