Azərbaycanda maraqlı adı olan federasiyanın rəhbəri nazirliykdə şöbə müdiri imiş


Gənclər və İdman Nazirliyi Kollegiyasının qərarı ilə statusu dayandırılan Azərbaycan Respublikası Əməyi və Vətəni Müdafiəyə Hazıram Kompleksi və Çoxnövçülüyü üzrə Federasiyasının prezidenti nazirliyin İdman şöbəsinin mərhum müdiri Mirkamil Rəhimov olub.


M.Rəhimov 2016-cı il martın 31-də vəfat edənədək quruma rəhbərlik edib. Federasiyanın baş katibi isə nazirliyin futbol sektorunun keçmiş sədri Nüvər Xasıyev olub.

M.Rəhimovun oğlu, Su İdman Növləri üzrə Respublika Yüksək İdman Ustalığı Məktəbinin direktor Pirəli Rəhimov "Report"a açıqlamasında məlumatı təsdiqləyib. O bildirib ki, federasiya 2015-ci ilədək Bakıda və regionlarda güllə atıcılığı, qumbara atma, qaçış, uzununa və hündürlüyə tullanma kimi çoxnövçülük yarışlar keçirib: "Atam rəhmətə gedəndən sonra qurumun heç bir fəaliyyəti olmayıb. Federasiyaya yeni prezident də seçilməyib".

P.Rəhimovun sözlərinə görə, bu federasiyaya rəhbərlik etməyi nazirlik ona təklif etsə də, razılıq verməyib. Ona görə də nazirlik qurumu ləğv etməyi qərara alıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Əməyi və Vətəni Müdafiəyə Hazıram Kompleksi və Çoxnövçülüyü üzrə Federasiyası statusu dayandırılan 19 qurumdan biridir. Belə bir adda federasiyanın mövcudluğu sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu