Sabah 26 min nəfər imtahan verəcək


Sabah Azərbaycanda qəbul və bir sıra digər imtahanlar keçiriləcək.


Dövlət İmtahan Mərkəzindən AFN.az-a bildirilib ki, imtahanlar Bakı, Şəki, Lənkəran, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində, Abşeron, Qazax, Şəmkir, Bərdə, Sabirabad, Göyçay, Kürdəmir, Salyan, Cəlilabad, Xaçmaz rayonlarında və Naxçıvan MR-də baş tutacaq.

Sabah əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, 11 illik təhsil bazasında kolleclərə qəbul, martda keçirilmiş buraxılış imtahanlarında iştirak edə bilməmiş XI sinif şagirdləri üçün buraxılış və digər imtahanların keçirilməsi nəzərədə tutulub.

Saat 11:00-da başlanacaq imtahanlarda ümumilikdə 26 087 nəfərin iştirakı nəzərdə tutulub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu