Bakıda baş verən partlayışda ölən şəxsin kimliyi məlum olub


Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda baş verən partlayış zamanı ölən şəxsin kimliyi məlum olub.


Baş Prokurorluğun Mətbuat xidmətindən AFN.az-a verilən məlumata görə, partlayış nəticəsində hazırda ölənlərin sayı 1 nəfərdir - gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova. 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almış, onlardan dördünün vəziyyəti çox ağır qiymətləndirilir. Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə də ziyan dəyib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin olunmaqla zəruri istintaq hərəkətləri davam etdirilir. İctimaiyyətə əlavə məlumat veriləcəkdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu