Pakistan prezidenti parlamenti buraxdı


Pakistan Prezidenti Arif Alvi Baş nazir İmran Xanın təklifi ilə Milli Assambleyanı (parlamentin aşağı palatası - Red) buraxıb.


Bu barədə Pakistanın “Geo-TV” telekanalı məlumat yayıb.

Qeyd edək ki, Pakistan parlamenti Baş nazirə etimadsızlıq təklifini rədd edib. Müzakirədə səsvermənin konstitusiya pozuntusu olacağı bildirilib.

Daha sonra Pakistanın Nazirlər Kabineti buraxılıb, lakin Baş nazir İmran Xan vəzifəsini davam etdirəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu