DİN: "Salyanda atışma baş verməyib"


Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə Salyan rayonu ərazisində atışma baş verməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.


DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan AFN.az-a bildirilib ki, yayılan məlumatların heç bir əsası yoxdur.

"Bu barədə heç bir fakt qeydə alınmayıb", - o vurğulayıb.

Qeyd edək ki, sosial şəbəkələrdə Salyan rayonu ərazisində silahlı atışmanın baş verdiyi barədə məlumatlar yayılmışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu