Sabiq icra başçısı yenidən məhkəməyə müraciət etdi


Biləsuvarın həbsdə olan sabiq icra başçısı Mahir Quliyev barəsindəki hökmün dəyişdirilməsini istəyir.


Sabiq icra başçısı barəsində olan hökmdən apellyasiya şikayəti verib.

Şikayət Şirvan Apellyasiya Məhkəməsinə təqdim olunub. Sabiq icra başçısı 11 il azadlıqdan məhrum edilməsi barədə hökmün dəyişdirilməsini, əmlakları üzərindən həbsin götürülməsini istəyir.

Xatırladaq ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyev Quliyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub.

O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və isriaf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunaraq Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilib. M.Quliyevin Bakıda fərqli ünvanlarda yerləşən 2 mənzili və 1 avtomobili dövlət nəfinə müsadirə olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu