Canni De Byazi: "Heç vaxt o sözləri işlətməmişəm" - YENİLƏNİB


"Heç vaxt rəhbərlik etdiyim komanda barədə xaraktersiz və ya qorxaq ifadəsini işlətməmişəm. Bu, mümkün deyil"!


"Report"un məlumatına görə, bunu Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi İtaliya mətbuatında yer alan açıqlamasına aydınlıq gətirərkən deyib.

O, rəhbərlik etdiyi komandaların adətən xarakteri ilə və oyundan öncə rəqiblərdən çəkinməmələri ilə fərqləndiyini söyləyib: "Ola bilər, hansısa texniki qüsur olub və ya tərcümədə hər hansısa uyğunsuzluq baş verib. Qətiyyətlə deyirəm ki, mənim rəhbərlik etdiyim komandanı xaraktersiz və qorxaq adlandırmağım mümkün deyil"!

***

“Azərbaycan yığması ilə Malta və Latviyaya qarşı oyunlarda uduzsaq da, yeni sistemi sınadıq”.


“Qafqazinfo” “tuttomercatoweb.com”a saytına istinadən xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi deyib.

İtaliyalı jurnalistin “Komandanızda mərkəz hücumçusu var” sualını mütəxəssis belə cavablandırıb: “Komandada çatışmazlıqlar var. Bunun fonunda nə qurduğumuzu dərk etməkdə çətinlik çəkirik. Problemin üzərində işləyirəm. Komanda ilə bağlı digər problem xarakterdir. Həmişə uduzursansa, daha az boyun əyməli, daha çox qürur və qətiyyət nümayiş etdirməlisən. Hələlik buna təsir edə və ruhumu qorxaq komandaya verə bilmirəm”.

De Byazi Millətlər Liqasında keçirəcəkləri oyunlardan da danışıb: “Yığmalarla bağlı problemlər mövcuddur. 12 gün ərzində Millətlər Liqasında 4 oyun keçirəcəyik. Bunu edəcək futbolçularım belə yoxdur. Bəzi şeylər bizi təəccübləndirir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu