Paşinyan Ermənistan tərəfdən itkin düşənlərin sayını açıqladı


“44 günlük müharibə nəticəsində Ermənistan tərəfindən 208 nəfər itkin düşüb”.


AFN.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

“Birinci Qarabağ müharibəsi və 44 günlük müharibə nəticəsində ümumilikdə 985 nəfər itkin düşüb”, - deyə Paşinyan söyləyib.

Onun sözlərinə görə, Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşdə itkin düşənlərin taleyinə aydınlıq gətirilməsi üçün əməkdaşlıq imkanları müzakirə olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu