Nazirlikdən ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış


Ölkə ərazisində fəaliyyət göstərən şadlıq saraylarında, restoranlarda və ictimai-iaşə obyektlərində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən monitorinqlər zamanı bir sıra obyektlərdə quraşdırılan qaz-toztutucu qurğuların vəziyyətinin qeyri-qənaətbəxş olduğu qeydə alınıb.


Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xidmət rəisi Hikmət Əlizadə bildirib.

O qeyd edib ki, bir çox obyekt və restoranlarda təmizləyici qurğuların quraşdırılmasına baxmayaraq onlara vaxtaşırı xidmət göstərilmədiyindən havaya normadan artıq tullantı atılır ki, bu da sakinlərin haqlı narazılığına səbəb olur:

"Ramazan ayının başlaması ilə əlaqədar bir çox şadlıq saraylarının, restoranların və ictimai-iaşə obyektlərinin fəaliyyətində fasilə yaranması fürsətindən istifadə edərək obyekt sahibləri qurğulara texniki xidmət göstərilməsi, filtrlərin vaxtında təmizlənməsi məqsədilə zəruri tədbirlər görməlidir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu