Tərtərdə çoban minaya düşdü, ayaqları amputasiya olundu


Tərtər rayonunda qoyun otaran şəxs minaya düşüb. Hadisə aprelin 9-da baş verib.


TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinə müdiri Zamirə Ədilova "Report”a bildirib ki, Goranboy rayonu Xoylu kəndi sakini 1976-cı il təvəllüdlü Həsənov Elnur Tofiq oğlu hər iki baldırın orta 1/3 hissəsinin travmatik amputasiyası ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

O qeyd edib ki, xəstə həyatı göstərişlə əməliyyata qəbul olunub.

Baş Prokurorluğun mətbuat xidmətindən "Report" bildirilib ki, faktla bağlı Tərtər rayon Prokurorluğunda araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu