Elman Rüstəmovun "Bank Respublika"sının taleyi necə olacaq?
Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvülüyündən çıxarılması və "PAŞA Bank" ASC-nin Baş İcraçı direktoru və İdarə heyətinin sədri Taleh Kazımovun İH üzvü vəzifəsinə gətirilməsi o deməkdir ki, o, Mərkəzi Bankın sədri vəzifəsindən də çıxarılır.
AFN.az xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu bildirib. Onun sözlərinə görə, böyük ehtimalla onu Taleh Kazımov əvəzləyəcək. "Bu qəfil dəyişikliyin nədən baş verməsi izah olunmur. Elman Rüstəmov Mərkəzi Bankın İdarə Heyətinin üzvləri arasından sədr vəzifəsinə 2020-ci ilin aprelində 5 il müddətinə seçilib. Odur ki, bu dəyişikliyə zərurətin hardan yaranması, Elman Rüstəmovun vəzifədən çıxarılmasından sonra onun və "Bank Respublika"nın taleyi, eləcə də manatın devalvasiya ehtimalı ilə bağlı suallar yaranır" - deyə Q.İbadoğlu bildirib.