Nazir: "Regional Təhsil İdarələrinə təyinatlar yaxın günlərdə olacaq"


"Regional Təhsil İdarələri yaradılıb və struktur da təsdiq olunub. Yaxın günlər ərzində həmin idarələrə müvafiq yerdəyişmələrlə, yəni yerli təhsil şöbələrində çalışan insanların yeni struktura köçürülməsi, eləcə də müvafiq qaydada yeni təyinatların olması da nəzərdə tutulub".


Bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Nazir hesab edir ki, bu ayın sonuna qədər Regional Təhsil İdarələrinin ilkin səviyyədə tam fəaliyyəti təmin olunacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu