Həbs edilən məmur vəzifəli şəxslərdən rüşvət alıbmış


Baş Prokurorluq Göyçay Rayon İcra Hakimiyyətinin əməkdaşının həbs edilməsi barədə məlumat yayıb.


Qurumun Mətbuat Xidmətindən AFN.az-a verilən məlumata görə, qanunsuz tikinti-quraşdırma işlərinin aparılması və digər qanun pozuntusu faktları ilə əlaqədar Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işinin istintaqı aparılır. Hazırda Göyçay RİH başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyən Şükürov Rəşad Əlibala oğlunun İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində işləyərkən digər vəzifəli şəxslərindən ibarət korrupsiya şəbəkəsinin üzvləri ilə qabaqcadan əlbir olub. Səlahiyyətlərindən sui-istifadə edərək vəzifəli şəxslərdən xidməti vəzifələrinin icrasına davam etmələri üçün rüşvət verməyəcəkləri təqdirdə işdən çıxarılacaqları ilə bağlı hədə-qorxu gələrək xidməti otağında onlardan rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Rəşad Şükürova Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 311.3.4 (rüşvət alma hədə-qorxu tətbiq olunmaqla törədildikdə) maddələri ilə ittiham elan edilməklə barəsində həbs qətimkan tədbiri seçilib.

İş üzrə istintaq davam edir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu