Ukrayna səfiri humanitar yardıma görə Azərbaycan Prezidentinə təşəkkür edib


"Bu gün Azərbaycandan Ukraynaya böyük humanitar yardımın artıq üçüncü mərhələsi həyata keçirilir. Ukrayna üçün çox vacib yükün olduğu 7-ci təyyarə göndərilir".


Bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevskiy deyib.

Onun sözlərinə görə, humanitar yardıma dərman vasitələri və ərzaq məhsulları daxildir: "Ukrayna üçün çox çətin biz zamanda həyata keçirilən humanitar yardım Ukrayna və Azərbaycan arasında strateji tərəfdaşlığın yüksək səviyyədə olduğunun parlaq nümunəsidir. Bu, ehtiyac duyduğumuz bir yardımdır və xalqlarımız arasında böyük dostluğun daha bir sübutudur. Fürsətdən istifadə edərək, göstərilən yardıma görə Ukrayna dövləti və xalqı adından Azərbaycan rəhbərliyinə, ilk növbədə Prezident İlham Əliyevə səmimi minnətdarlığımı çatdırmaq istəyirəm. Artıq 57 gündür ki, Ukrayna dövləti və xalqı Rusiya işğalına qarşı müqavimət göstərir. Düşmənin nə qədər amansız və həyasız olduğunu görürük. Qadınlar, uşaqlara və qocalara qarşı hansı amansızlığın törədildiyinin şahidi oluruq. Bu gün də dinc sakinlər, uşaq bağçaları, məktəblər atəşə məruz qalırlar".

"Lakin son nəticədə biz artıq ilk qələbələrimizi qazanırıq. Bu, çox əhəmiyyətli qələbələrdir, çünki düşmən artıq ölkənin böyük hissəsindən qovulub. Hazırda ölkənin şərqi və cənub-şərq hissəsində amansız döyüşlər gedir. Haqq bizim tərəfimizdədir. Davamlı addımlar atırıq. Səbirliyik və qələbəmizə inanırıq. Bu yolda Azərbaycan kimi dostlarımızın dəstəyini hiss edirik", - diplomat qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu