Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanması üçün işçi qrupunun görüşləri keçiriləcək
Azərbaycanla Ermənistan arasında Birgə Sərhəd Komissiyasının, habelə sülh müqaviləsinin işlənib hazırlanması ilə bağlı işçi qrupunun görüşlərinin yaxın zamanlarda təşkil olunmasına dair razılıq əldə olunub.
Bu barədə AFN.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı baş tutub. Nazirlər iki dövlətin liderləri səviyyəsində əldə olunmuş razılaşmaların davamı olaraq fikir mübadiləsi aparıblar.