Sosial Xidmətlər Agentliyi auditor seçir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyi 2021-ci il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi ilə bağlı kotirovka sorğusu elan edib.
AFN.az xəbər verir ki, sorğuda iştirak haqqı 100 manatdır.
İddiaçılar təkliflərini mayın 13-ü, saat 16:00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə təqdim edə bilərlər.
Sorğunun nəticəsi mayın 16-da, saat 16:00-da portalda açıqlanacaq.