Natiq Cəfərli: “Şeyxin idarəsi inflyasiyanı daha düzgün hesablayır”


"Şeyxin idarəsinin rəqəmləri Statistika Komitəsinin rəsmi rəqəmlərindən daha məntiqlidir”.


Bunu iqtisadçı-ekspert Natiq Cəfərli bildirib. O, fitrə zəkatının verilməsi məsələsinə münasibət bildirərək qeyd edib:

"Hökumətin rəsmi statistikasına görə ölkədə rəsmi inflyasiya 12,2%, ərzaq inflyasiyası isə 18%-ə yaxın olub. Bu il Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayı ilə bağlı qəbul etdiyi fətvada bildirilib ki, oruc ibadətinin mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Qeyd olunub ki, Qazılar Şurasının qənaətinə görə, adambaşına 10-15 manat fitrə zəkatının verilməsi məsləhət görülür.

Keçən il QMİ-i fitrə zəkatının məbləğını 5-10 manat məsləhət görmüşdü, deməli QMİ-si ölkədə qiymət artımının, təxminən, 50% olduğunu ehtimal edir - məncə Şeyxin idarəsinin rəqəmləri Statistika Komitəsinin rəsmi rəqəmlərindən daha məntiqlidir”.

Ekspert QMİ və Statistika Komitəsini əməkdaşlığa da çağırıb:

"Təklif edirəm ki, QMİ-i öz metodalogiyasını Statistika Komitəsi ilə də bölüşsün.

Statistika Komitəsinə isə çağırışım odur ki, Allahınız olsun, inflyasiya rəqəmləri hesablayarkən insafı-imanı yada salın...”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu