Xüsusi nümayəndələrin növbəti görüşünün vaxtı məlum oldu


Türkiyə və Ermənistanın xüsusi nümayəndələri mayın 3-də Vyanada üçüncü görüş keçirəcəklər.


Bu barədə “Sputnik Armeniya”ya Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan məlumat verib.

“Türkiyə və Ermənistan arasında normallaşma prosesi çərçivəsində Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin növbəti görüşü mayın 3-də Vyanada baş tutacaq”, - o qeyd edib.

Xatırladaq ki, 2021-ci ilin dekabrında Ankara və İrəvan dialoqa başlamaq üçün diplomatlarını təyin ediblər. Ermənistan tərəfdən parlamentin vitse-spikeri Ruben Rubinyan, Türkiyə tərəfdən isə ABŞ-dakı keçmiş səfir Serdar Kılıç olub. Onlar artıq yanvarın 14-də Moskvada və fevralın 22-də Vyanada iki görüş keçiriblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu