“Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyənin bütün sahələrdə birliyinin göstəricisidir”
![](/uploads/posts/2022-04/1651223653_01602e9b-9b4d-390a-a903-82171527ccf1_850.jpg)
“Ötən ilin iyununda Azərbaycan və Türkiyə Prezidentləri tərəfindən imzalanmış Şuşa Bəyannaməsi iki ölkə və xalqlar arasında qardaşlığın və əməkdaşlığın bariz nümunəsidir”.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
“Biz bu sənədlə bütün formatlarda əməkdaşlığımızı rəsmiləşdirdik. Şuşa Bəyannaməsini imzalamaqla Türkiyə ilə həm sözdə, həm də əməldə birliyimizi bütün dünyaya bəyan etdik”, - İlham Əliyev bildirib.
Dövlət başçısı Azərbaycan və Türkiyənin bütün istiqamətlər, o cümlədən hərbi sahədə və müdafiə sənayesi sahəsində müttəfiq olduğunu vurğulayıb.