“Qaz təchizatının artırılması ilə bağlı artıq müraciətlər daxil olub”


“Təbii qaz məsələsinə gəldikdə, biz müqavilə ilə üzərimizə düşən öhdəliklərimizi 100 faiz icra edirik. Azərbaycan qazı Gürcüstana, Türkiyəyə, Bolqarıstana, Yunanıstana və İtaliyaya ixrac olunmaqdadır. Beləliklə, Türkiyə ilə yanaşı, İtaliya da bizim qaz idxalçımızdır”.


Bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda bildirib.

Dövlət başçısı qeyd edib ki, ötən il Azərbaycandan İtaliyaya 9 milyard kubmetrdən çox qaz ixrac olunub.

“Təbii ki, biz qazla bağlı hasilatımızı mövcud müqavilələr çərçivəsində planlaşdırırıq və həmin müqavilələrin müəyyən konkret həcmi var, ondan çox hasil etmirik. Amma tələb olarsa, ehtiyac yaranarsa, biz, ilk növbədə, mənbələrə baxmalıyıq. Çünki bizim hasilat potensialımız yerli istehlaka və ixraca hesablanıb. Qaz təchizatının artırılması ilə bağlı artıq bir sıra müraciət daxil olub. Təkcə İtaliya deyil, başqa Avropa ölkələrindən bizə müraciətlər daxil olub”, - deyə Prezident İlham Əliyev bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu