Ötən il "Azərişıq" ASC-nin sair xərcləri 2,678 mln manat təşkil edib


“Azərişıq” ASC 2021-ci ilin yekunları üzrə maliyyə nəticələrini açıqlayıb.


Sözügedən dövrə qurumunun cəmi aktivləri 2 654,168 mln manat təşkil edib. Bu isə illik müqayisədə 9,2% çoxdur. Şirkətin cəmi öhdəlikləri illik müqayisədə 9,1% azalaraq ötən ilin sonunda 698,655 mln manat təşkil edib. Nizamnamə kapitalı 1 678,705 mln manat olan ASC-nin əlavə ödənilmiş kapitalı 646,401 mln manat olub. Qurumun yığılmış zərəri 3,3% azalaraq 369,594 mln manata enib. Nəticədə, “Azərişıq” ASC-nin cəmi kapitalı il ərzində 17,7% artaraq 1 955,512 mln manata yüksəlib.

Ötən ilin yekununda qurumun cəmi gəlirləri 1 325,006 mln manat, satışının maya dəyəri 1 162,279 mln manat təşkil edib. Ümumi mənfəəti 162,727 mln manat olan dövlət şirkətinin paylama xərcləri 46,760 mln manat, inzibati xərcləri 75,352 mln manat, ticari debitor borcları üzrə dəyərsizləşmə zərəri 12,914 mln manat, sair xərcləri 2,678 mln manat, sair gəlirləri 4,226 mln manat təşkil edib.

Xalis maliyyə xərcləri 10,404 mln manat, mənfəət vergisi xərcləri 6,179 mln manat təşkil edən “Azərişıq” ASC-nin 2021-ci il üzrə mənfəəti 12,666 mln manat olub. Bu isə 2020-ci ilin mənfəət göstəriciləri ilə müqayisədə 4,4 dəfə çoxdur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu