“Qafqazinfo” xəbər verir ki,


Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışında olan Küveyt yığması ilə növbəti yoxlama oyununu keçirib.


Bakı “Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında keçirilmiş oyun 6:2 hesabı ilə komandamızın xeyrinə başa çatıb.

Millimizin heyətində Orxan Məmmədov (2), Amid Nəzərov (2), Fuad Hüseynov və Ruslan Voronsov fərqlənib.

Bu komandalar arasında sonuncu oyun mayın 11-də olacaq. Bundan əvvəlki iki sınaq matçında yığmamız 5:0, rəqib isə 2:0 hesablı qələbəyə sevinib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu