Baydenin xanımı gizlicə Ukraynaya gedib - VİDEO


ABŞ Prezidenti Cozef Baydenin xanımı Cill Bayden Ukraynaya gizli səfər edib.


Bu barədə məlumatı Zakarpatye Regional Şurası təsdiqləyib.

Yerli mətbuatın məlumatına görə, ABŞ-ın birinci xanımı Cil Bayden Ujqorodda Ukraynanın birinci xanımı Yelena Zelenski ilə görüşüb.

“Cill Bayden və Yelena Zelenski Ujqorodda Ukraynanın hərbi əməliyyatların davam etdiyi ərazilərdən məcburi köçkün düşən insanların məskunlaşdıqları məktəbə baş çəkiblər.

"Məlum səbəblərdən Ujqorod səfəri elan olunmayıb, mümkün qədər məxfi saxlanılıb və media üçün qapalı olub. Görüşdə yalnız Ağ Evin mətbuat xidməti iştirak edib.

Hazırda Cill Bayden Ukrayna ərazisini tərk edib”, - Zakarpatye Regional Şurasının bəyanatında deyilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu