İlham Əliyev Türkiyəyə səfər edəcək


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin şimal-şərqində yerləşən yeni Rizə-Artvin hava limanının açılışında iştirak edəcəklər.


Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Məlumata görə, yeni hava limanının açılışı mayın 14-də planlaşdırılır.

Yeni hava limanı Türkiyənin ikinci ən uzun uçuş-enmə zolağına malikdir. Rize-Artvin Hava Limanı Rize şəhərindən 34 km, Hopadan 54 km və Artvindən 125 km məsafədə Bazar rayonunda yerləşir.

Rəsmi açılış mərasimindən sonra Rize-Artvin Hava Limanı fəaliyyətə başlayacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu