Qanunsuz ağac kəsimi ilə bağlı 5 cinayət işi başlanılıb


Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən Lənkəran, Cəlilabad, İsmayıllı, Qax və Zaqatala rayonlarının ərazilərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılmış araşdırma nəticəsində 5 cinayət işi başlanılıb.

Bu barədə ETSN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, dövlət və bələdiyyələ torpaqlarında, həmçinin ağackəsmənin icazə verilmədiyi ərazilərdə ərazilərdə meşə fonduna daxil olmayan və meşə fonduna aid olan ağacların kəsilməsi nəticəsində ümumilikdə 72 min manat ziyan dəyib. Qanunsuz ağackəsmə hallarının aidiyyəti vəzifəli şəxslərin yaşıllıqların mühafizəsi sahəsində üzərilərinə düşən vəzifələrin icrasına səhlankar yanaşması müəyyən edilib.

Cinayət işləri Cinayət Məcəlləsinin 259.1, 259.2.4 və 314.1 maddələsi ilə başlanılaraq istintaqın aparılması üçün rayon aidiyyəti üzrə rayon prokurorluqlarına göndərilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu