Mobil cihazlar POS-terminal kimi istifadə edilə biləcək - Qərar imzalandı


Baş nazir Əli Əsədov POS-terminalların qeydiyyatı ilə bağlı bir sıra proseslərin sadələşdirilməsi barədə qərar imzalayıb.


İmzalanan qərarla nağdsız ödənişlərin qəbulunda lazımi proqram təminatı ilə təmin edilmiş mobil cihazların da POS-terminal kimi istifadəsi üçün hüquqi əsas yaradılıb, POS-terminalların qeydiyyata alınması ilə bağlı bir sıra proseslər sadələşdirilib.

Müvafiq dəyişiklik ucuz ödəniş üsullarından hesab edilən “mPOS” texnologiyasının tətbiqini təmin etməklə nağdsız ödənişlərin genişləndirilməsini, rəqəmsal ödənişlərin qəbulu üzrə alternativ həllərin artmasını, pərakəndə ticarət dövriyyəsinin daha da şəffaflaşdırılmasını, bank və sahibkarların xərclərinin azaldılması təmin ediləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu