BNA tənqiddən nəticə çıxardı? - "Simit Sarayı" reklamının üstü bağlandı + FOTO


"Koroğlu" metro stansiyasının yaxınlığındakı Nəqliyyat Mübadiləsi Mərkəzinin ödəmə terminalların əvvəl yerləşdiyi məntəqədən çölə çıxarılması və yeri "Simit Sarayı"na kirayə verilməsi ilə bağlı məlumat vermişdik.


AFN.az xatırladır ki, Bakı Nəqliyyat Agentliyi faktı təsdiqləyərək bunu terminal aparatlarının məntəqə daxilində qızması ilə əlaqələndirmişdi. Eyni zamanda qurumdan bildirilmişdi ki, belə hallar xarici ölkələrdə də var: "Xarici şəhərlərin təcrübəsinə baxsaq, bu cür mərkəzlərdə belə iaşə obyektlərinin olduğunu görəcəksiniz. Qanunvericiliyin tələbləri qorunmaqla görülən işlərdir". BNA rəsmisi "Obyekt hansı qaydalar əsasında icarəyə verildi? İcarədar necə müəyyənləşdi? Müsabiqə, onun nəticəsi rəsmən elan edildimi?" kimi suallara cavabda yayınmışdı.

Bu gün sosial şəbəkələrdə qeyd edilən məntəqədə "Simit Sarayı"nın reklamının üstünün bağlanması ilə bağlı görüntülər yayılıb. Bildirilir ki, BNA tənqidlərə dözməyib və nəticədə bu addım atılıb.

"Simit Sarayı" un məmulatları ilə əlaqə saxlayıb məsələyə aydınlıq gətirməyə çalışdıq. Tural adlı əməkdaş bildirdi ki, yeni flialların açılması ilə bağlı GFC şirkəti qərar verir: "Rəhbərliklə əlaqə saxlayıb suallarınıza cavab olsa sizə yönəldəcəyik".

Nəqliyyat Mübadiləsi Mərkəzində terminal məntəqələri "Simit Sarayı"na necə icarəyə verildi? - BNA cavabdan yayınır






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu