Beyləqanda polisə tabesizlik göstərərək qaçmağa cəhd edən şəxs saxlanılıb


Beyləqan Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən narkotik vasitə və soyuq silah saxlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Kənan Mirzəli saxlanılarkən o, tabesizlik göstərərək qaçmağa cəhd edib.


Bu zaman polis əməkdaşı tabel silahından havaya bir dəfə atəş açıb və görülən tədbirlərlə K.Mirzəli saxlanılıb. Şəxsi axtarış zamanı K.Mirzəlidən heroin və beşbarmaq aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu