“Bolt”un sürücüləri tələblərini açıqladılar


Xəbər verdiyimiz kimi “Bolt” şirkətində çalışan sürücülər etiraz aksiyası keçirməyə hazırlaşırlar.


Boykota qoşulan taksi sürücülərinin tələbləri bunlardır:

1. Komissiya 20%-dən 10%-ə endirilsin

2. Minimal qiymət 2.40 manatdan başlasın

3. Gedilən ünvan, qiymət, ödəniş üsulu sürücüyə göstərilsin. Sürücü fərdi sahibkar kimi fəaliyyət göstərir, sizin işçiniz olsaydı sürücülərlə işçi müqaviləniz olardı.

4. Kartla olan sifarişləri nağdlaşdırmaqda sürücülərə çətinlik yaradılmasın. 1-2 gün ərzində avtomatik sürücünün hesabına köçsün və ya gündəlik benzin talonu verilsin

5. Gözləmə vaxtına görə hər dəqiqə ən azı 10 qəpik kimi hesablansın (hazırda 2 qəpikdi).

6. Müştəri sifariş verdiyi ünvandan əlavə sürdürsə onun ödənişi programda avtomatik hesablansın

7. Sürücülər səbəbsiz yerə bloklanmasın, nəsə problem varsa ədalətli şəkildə araşdırılsın

8. Sürücülərə verilən sifarişlər hava məsafəsiylə hesablanmasın

9. Məsafəyə görə hesablanan məbləğlər düzgün hesablansın. Bəzən yol olmayan yerlərdən məsafə hesablanır. Bu əsasən mərkəzdən kənar yerlərdə olur.

10. Sürücülərin pulunu verməyib qaçan müştərilərin ödənişi Bolt tərəfindən tam olaraq kompensasiya olunsun.

11. Ləğv edilən sifarişlərə görə sürücülərə kompensasiya ödənilsin. Sürücü müştəriyə qədər boşuna yol sürmüş olur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu