Azərbaycan-Türkiyə-Gürcüstan Parlament Assambleyası yaradılır


Azərbaycan-Türkiyə-Gürcüstan Parlament Assambleyası yaradılır.


AFN.az “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze bildirib.

Onun sözlərinə görə, bununla bağlı qərar Bakıda keçirilən görüşlərdə qəbul olunub. “Gürcüstan-Türkiyə-Azərbaycan Parlament Assambleyasının yaradılması üzərində işləmək üçün mühüm qərar qəbul etdik. Bu, parlamentlər arasındakı əlaqələri keyfiyyətcə yeni səviyyəyə yüksəldəcək. Assambleyanın yaradılması parlamentlərin xarici əlaqələr komitələrinin əmədakşlıq formatının nəticəsi olacaq, lakin bizim format paralel olaraq fəaliyyətini davam etdirəcək”.

N.Samxaradze deyib ki, xarici əlaqələr komitələrinin rəhbərlərinin növbəti illik toplantısının gələn ilin yazında Gürcüstanda keçirilməsi planlaşdırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu