Balakişi Qasımov növbəti dəfə İTV-nin rəhbəri oldu


İctimai Televiziya və Radio Yayımları Şirkətinə Baş direktor seçilib.


AFN.az xəbər verir ki, Audiovizual Şuranın inzibati binasında keçirilən seçkinin yekun nəticələrinə əsasən, Qasımov Balakişi Ələkbər oğlu yenidən İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru vəzifəsinə seçilib.

Belə ki, Yayım Şurasının 9 üzvü gizli səsvermədə iştirak edib və onların hamısı Balakişi Qasımovun lehinə səs verib.

Qeyd edək ki, İTV-nin Baş direktoru vəzifəsinə 8 nəfər namizədliyini irəli sürüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu