Azərbaycanda məktəb direktoru vəfat etdi
![](/uploads/posts/2022-05/1653387985_bebfd1fc50b51fb964dc7ebb77c5e464.jpg)
Göyçay rayonu, N.İsmayılov adına Bığır kənd 3 nömrəli tam orta məktəbin direktoru Şəfaqət İsmayılova vəfat edib.
AFN.az xəbər verir ki, bu barədə Report-a mərhumun yaxınları məlumat verib.
İxtisasca Azərbaycan dili və ədəbiyyat müəllimi olan Ş.İsmayılova uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkirmiş. O, ötən gün 61 yaşında dünyasını dəyişib.