Şarl Mişel Azərbaycan-Ermənistan sərhədində komissiyanın görüşündən yazdı
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiya formatında ilk görüşün keçirilməsindən yazıb.
Qurum rəhbəri Tviterdə qeyd edib:
“Bu gün Azərbaycan-Ermənistan sərhədində dövlətlərarası sərhədin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə təmin edilməsi ilə bağlı müzakirələrin aparılması üçün Sərhəd Komissiyasının ilk iclasını səmimiyyətlə qarşılayıram. Azərbaycan Prezident İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşdən sonra nəzərəçarpacaq irəliləyiş var".