Rafael Ağayev və İrina Zaretksa Avropa çempionatında mübarizəyə başlayır


Türkiyənin Qazientep şəhərində start götürəcək karate üzrə Avropa çempionatında Azərbaycanın 6 idmançısı mübarizəyə başlayacaq.


Turnirin favoritlərindən olan 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayev 1/16 finalda kiprli Panayiotis Loizidislə qarşılaşacaq.

Qadınların yarışında əsas favoritlərdən sayılan İrina Zaretska isə 1/8 finalda fransalı Alizi Agierlə qüvvəsini sınayacaq.

Digər idmançılarımız rəqibləri belədir:

Kişilər

84-kq Turquq Həsənov – Tomas Silva (Portuqaliya) – 1/16 final
84+ Asiman Qurbanlı – Georgios Tzanos (Yunanıstan)

Qadınlar

61-kq Alya Rzazadə - Alessandra Manqiaçapra (İtaliya) – Aleksandra İlankoviç (Macarıstan) cütünün qalibi – 1/8 final

68 kq+ Fəridə Əliyeva – İvana Peroviç (Serbiya) – 1/16 final



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu