“Ələt Azad İqtisadi Zonası haqqında” Qanunda Konstitusiyaya zidd müddəalar var”


“Prezident İlham Əliyev də VI çağırış Milli Məclisin açılış nitqində demişdi ki, Milli Məclisdən daha keyfiyyətli qanunlar gözləyir və qanunlarımız Konstitusiyaya zidd olmamalıdır”.


“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, “Ələt Azad İqtisadi Zonası haqqında” Qanun qəbul ediləndə də dediyi kimi burada Konstitusiyaya zidd müddəalar var: “Gəlin onda bütün ölkə ərazisində ixracı stimullaşdırmaq üçün qanun qəbul edək. Ələt Azad iİtisadi Zonası ərazisində belə güzəştlər ediriksə, bütün ölkə ərazisində güzəştlər tətbiq etməliyik. Hansı məsələlər sahibkarların xeyrinədirsə, biz bütün sahibkarlar üçün bu güzəştləri etməliyik”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu