Prezident İlham Əliyev: "Türkiyənin artan gücü bizi də gücləndirir"
"Hesab edirəm ki, bu gün daha iki nümunə var. Bu da təvazökarlıqdan kənar olsa da, mənim qardaşımla (Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan nəzərdə tutulur - "Report") mən. Biz ölkələrimizi müstəqillik yolu ilə irəliyə aparırıq".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev “TEKNOFEST Azərbaycan” Festivalında çıxışı zamanı deyib.
"Mən dəfələrlə demişəm ki, Türkiyənin artan gücü bizi də gücləndirir. Biz bir-birimizə güc qataraq böyük dünya çapında bir güc mərkəzinə çevrildik. Türkiyənin uğurlu inkişafı ilk növbədə Prezident Ərdoğanın adı ilə bağlıdır. Mən də öz fəaliyyətimdə həmişə çalışmışam ki, Azərbaycan xalqının və dövlətinin milli maraqlarını müdafiə edim və Azərbaycanın müstəqil siyasətini təmin edim.
Bizim aramızdakı qardaşlıq bütün Türkiyə və Azərbaycan xalqına örnək olmalıdır. Bir daha əziz qardaşım Ərdoğanı və Türkiyədən gələn dostlarımıza, qardaşlarımıza, bacılarımıza bayram günündə bizimlə bərabər olduqlarına görə təşəkkürümü bildirmək istəyirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, bundan sonra da Türkiyə və Azərbaycan yüksələn xətlə ancaq və ancaq irəliyə gedəcək. Yaşasın Türkiyə- Azərbaycan birliyi, qardaşlığı! Qarabağ Azərbaycandır!", - İlham Əliyev qeyd edib.