Sərhədi qanunsuz keçmək istəyən ailə saxlanıldı


Gürcüstanla sərhədi qanunsuz keçmək istəyən 5-i azyaşlı olmaqla, 6 Azərbaycan vətəndaşı saxlanılıb.


Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, mayın 31-də saat 03:10 radələrində Ağstafa rayonunun Sadıqlı kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədinin pozulmasına dəlalət edən əlamətlər aşkar edilib.

Həyata keçirilmiş tədbirlər nəticəsində sərhədi pozmağa cəhd göstərən 5-i azyaşlı olmaqla, 6 nəfər Azərbaycan vətəndaşı saxlanılıb. Araşdırma zamanı onların Gürcüstan ərazisində dilənmə məqsədilə dövlət sərhədindən qanunsuz keçməyə cəhd göstərdikləri müəyyənləş­dirilib.

Ötən müddətdə bu kateqoriyadan olan şəxslər barəsində dövlət sərhədinin qanunsuz olaraq keçmələrinə görə cinayət işi başlanılaraq ibtidai istintaq aparılıb, azyaşlılar aidiyyəti üzrə icra hakimiyyətləri yanında yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi üzrə komissiyaya və ya komissiyanın iştirakı ilə müvafiq aktla valideynlərinə təhvil veriliblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu