Moskvanın mərkəzində erməni biznesmen qətlə yetirildi - ANBAAN VİDEO


62 yaşlı erməni iş adamı Ohanes Kamaryan restorandan qızla çıxarkən güllələnib.


Güllələn şəxsin öldürülmə anı anbaan təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

“Kommersant”ın xəbərinə görə, öldürülən iş adamı konsaltinq xidmətləri göstərən şirkətin sahibdir.

Kamaryan 21 yaşlı bir qızla “Seiji” restoranından çıxarkən güllələnib. Naməlum şəxs arxadan ona yaxınlaşaraq iş adamının kürəyindən və başından atəş açıb, bundan sonra o, mərhumun şəklini mobil telefonla çəkərək qaçıb.

REN TV-nin məlumatına görə, hadisəni törədən şəxsin 25 yaşı var.

Qeyd olunur ki, Kamaryan 2013-cü ildə rəqibi və Ded Xasanın müttəfiqi Rafik Madoyanın sifarişli şəkildə öldürülməsini təşkil etməyə cəhd etdiyi üçün Ermənistanda axtarışa verilib. Lakin Kamaryan Rusiya vətəndaşı olduğundan onun başqa dövlətə ekstradisiyasına imkan verilməyib.

Kamaryanın qətlində şübhəli bilinən şəxs saxlanılıb. 112 teleqram kanalının məlumatına görə, bu, 24 yaşlı Ayrik E. adlı şəxsdir. (“Ölkə.Az”)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu