Hadı Rəcəblinin oğlu və gəlini vergi borcunu vaxtında ödəmir — FAKTLAR


Sabiq millət vəkili Hadı Rəcəblinin oğlu Vüsal Rəcəblinin prezidenti olduğu Azərbaycan Milli Avtomobil Klubunun (AMAK) dövlət büdcəsinə vaxtında ödənilməyən 1 393 manat 68 qəpik vergi borcu var.


Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, “Azərbaycan Milli Avtomobil Klubu” MMC 12.12.2017-ci ildə dövlət qeydiyyatına alınıb.
Ətraflı

Nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanı Nəsimi rayonu, Qulu Quliyev, ev 8, m. 40-də yerləşir. Şirkətin qanuni təmsilçisi Həsənova Cülyetta Ənvər qızıdır.



Həsənova Cülyetta Ənvər qızının qanuni təmsilçi olduğu və Qulu Quliyev, ev 8, m. 40-də yerləşən daha bir şirkət “VRS Consulting” MMC (VÖEN-1402452351) adlanır.

Qeyd olunan hüquqi ünvanda Hadı Rəcəblinin gəlini Səidə Rəcəblinin rəhbərlik etdiyi “VRS” MMC (VÖEN-14022370521) adlı şirkət də dövlət qeydiyyatına alınıb və hazırda bu şirkətin də dövlət büdcəsinə 557 manat 31 qəpik vergi borcu var.

Məlumat üçün onu da bildirək ki, Hadı Rəcəblinin oğlu Vüsal Rəcəbli 2020-ci ilin iyun ayından Energetika nazirinin müşaviri vəzifəsində çalışır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu