“Rusiya tərəflərə kartoqrafik materiallar təqdim etməyə hazırdır”


“Rusiya Ermənistan və Azərbaycana sərhədlərin delimitasiyası prosesində istifadə olunması üçün kartoqrafik materiallar təqdim etməyə hazırdır”.


Bunu İrəvanda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, yüksək səviyyədə qəbul olunan 3 bəyanatı “yol xəritəsi” kimi nəzərdən keçirmək və bunları münasibətlərin normallaşması prosesində rəhbər tutmaq lazımdır:

“Biz şadıq ki, sərhədlərin delimitasiyası ilə bağlı artıq birinci iclas baş tutub. Artıq qeyd edildiyi kimi, növbəti görüşün Moskvada keçirilməsi planlaşdırır. Biz konsultativ dəstəyimizi göstərə, eləcə də kartoqrafik materiallar təqdim etməyə hazırıq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu