Lavrov İrəvanda Paşinyanla görüşdü


İrəvanda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.


Bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb.

Lavrov görüş zamanı bildirib ki, Rusiya Ermənistan və Azərbaycan arasında münasibətlərin tam olaraq normallaşmasında maraqlıdır və bu məsələdə öz dəstəyini verməyə hazırdır.

Paşinyan isə, öz növbəsində qeyd edib ki, Lavrovla ikitərəfli münasibətlərə dair məsələləri, regiondakı vəziyyəti və beynəlxalq məsələləri müzakirə etmək niyyətindədir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu