Sosial şəbəkələrlə bağlı rəsmi xəbərdarlıq
Daxili İşlər Nazirliyi sosial şəbəkələrdəki şantaj halları ilə bağlı xəbərdarlıq edib.
DİN-in Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev sosial şəbəkələrdə xaricdən idarə olunan feyk hesablar vasitəsilə şantaj halları olduğunu deyib: "Bununla bağlı artıq bir neçə şəxs müraciət edib. Sosial şəbəkə üzvlərini diqqətli olmağa, sosial şəbəkələrdə qeyri-etik, müzakirələrə səbəb olacaq münasibətlərdən, görüntülü kommunikasiyadan çəkinməyi tövsiyə edirik.
Danışıq, foto və videogörüntülər qeydə alınmaqla, dostluq hesabında olan başqa şəxslərə göndərilməməsi üçün ilkin 500-1000 avro tələb olunur".